YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun Prezidenti Filip VuyanoviçPrezident İlham Əliyevə təbrik ünvanladı

Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının Zati-alinizin prezidentliyinin əvvəlki dönəmlərində ölkənizə qazandırdığınız uğurlardan məmnunluğunun, eləcə də indiki mürəkkəb dövrdə ölkəni məharətlə idarə etmək bacarığınıza tam inamın aydın sübutudur.

Əminəm ki, yenidən Azərbaycan Prezidenti seçilməyiniz beynəlxalq birlik tərəfindən də alqışlanıb. Çünki prezidentliyiniz dövründə nəinki Azərbaycan xalqının rifahı təmin olunub, hətta narahat bölgədə sabitlik möhkəmlənib.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı yüksək səviyyəli və daha da möhkəmlənən əlaqələrə görə Zati-alinizə minnətdarlığımı bildirirəm.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”