YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Prezident İlham Əliyevə təbrik ünvanladı

İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm”.