YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycan manatı öz stabilliyini qoruyur və bunun da iqtisadi əsasları var

«Son günlər manatın xarici valyutalar qarşısında ucuzlaşacağı ilə bağlı yayılan fikirlər əsassızdır. Azərbaycanın iqtisadi inkişafı, ən əsası isə neftin qiymətinin dünya bazarında nəzərdə tutulmuş rəqəmdən daha baha olması hər hansı bir devalvasiya riskinin olmamasından xəbər verir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov milli valyutanın son günlər ucuzlaşacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı hansısa dairələrin və ya insanların ajiotaj yaratmaq istəkləri əsassızdır. Millət vəkili qeyd edib ki, dünyada gedən siyasi proseslər bir çox ölkələrin iqtisadiyyatlarına təsir göstərir və buna misal olaraq Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların rus rublunun 12 faizə qədər ucuzlaşmasını göstərə bilərik: «Amma rublun ucuzlaşması manatın məzənnəsinə təsir edə bilməz. Azərbaycan manatı öz stabilliyini qoruyur və bunun da iqtisadi əsasları var. Vurğulayaq ki,  birinci rübün iqtisadi yekunlarına nəzər yetirdikdə də bəlli olur ki, ölkə iqtisadiyyatı artıb. Ən əsası isə ölkəyə gələn gəlirlərin həcmi artır. Bunda neətin qiymətinin daha da bahalaşması öz rolunu oynayır. Eləcə də, birinci rübdə qeyri-neft sektorunda artım nəzərə çarpıb. Sahibkarlığın inkişafı, ölkəmizdə azad rəqabət mühitinin yaradılması, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması iqtisadi inkişafımızda mühüm rol oynayıb. Rəqəmlərə diqqət yetirsək manatın ucuzlaşması ilə bağlı hər hansı bir təhlükənin olması haqqında deyilənlərin yalan informasiya olması açıq-aydın görünür. Milli valyutamızın möhkəmliyi, stabilliyi möhkəm iqtisadi dayaqlar və iqtisadi siyasət üzərində dayanır. Əksinə manatın güclənəcəyini düşünürəm».

 

 

DİGƏR Xəbərlər Arxiv