YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Avropa Parlamentinin qətnaməsi ciddiyə alınacaq dərəcədə önəmli deyil

«Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin təsir qüvvəsi yoxdur». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bu qətnamə  ciddiyə alınacaq dərəcədə önəmli deyil. Onun sözlərinə görə, sənəd Azərbaycan üçün narahatlıq doğurmamalıdır.

«Azərbaycan Avropa Birliyindən Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi dəstək görmürsə, o qətnamənin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Ona görə də, hansısa narahatlığa əsas yoxdur»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv