YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş müsabiqənin açılışı olub

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsinin açılışı olub.

Muğam Mərkəzindən bildirilib ki, müsabiqə müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə edir. Belə ki, iki mərhələdə keçiriləcək müsabiqədə iştirakçılar bütün respublika üzrə seçiləcək.

Müsabiqə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə reallaşıb.

Müsabiqə çərçivəsində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı elmi-praktik konfrans keçiriləcək.

Xalq Artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev qeyd edib ki, müsabiqə respublika orta ixtisas musiqi və musiqi incəsənət məktəblərinin şagird və tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədi daşıyır. Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir: fortepiano ifası, simli musiqi alətlərində ifa, xalq çalğı alətləri və vokal ifaçılığı (klassik və xanəndə), musiqişünaslıq.

Yarışmanın münsiflər heyətində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimləri təmsil olunur.

Mayın 3-dək davam edəcək müsabiqəyə respublikanın regionlarından musiqi və musiqi incəsənət məktəblərinin 600–dən çox şagirdi qatılıb.