YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə təbrik ünvanladı

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi Serb Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan vətəndaşlarının rifahı naminə gördüyünüz işlər ölkənizin qarşıdakı illərdə daha yüksək nailiyyətlər qazanmasına imkan verəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək əzmində olduğumu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayır və dərin ehtiramımı ifadə edirəm”.