YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Hesabat şəffaf və demokratik qaydada keçirilən seçkilərin nəticələrinə kölgə salmağa xidmət edir

«ATƏT DTİHB-nin prezident seçkiləri  ilə bağlı rəyi obyektivliyi əsk etdirmir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, təqdim olunan hesabat şəffaf və demokratik qaydada keçirilən seçkilərin nəticələrinə kölgə salmağa xidmət edir. Onun sözlərinə görə, Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini ifadə edib.

«Seçki prosesi bir çox beynəlxalq müşahidəçilər izləyib və onların rəyi olduqca müsbətdir. Azərbaycanda 11 aprel prezident seçkiləri demokratik, şəffaf, ədalətli keçib. Buna görə də hansısa qurumun seçki prosesi haqqında mənfi fikirlər söyləməsini yalnız qərəzli yanaşma kimi qəbul edilməlidir. ATƏT DTİHB isə sifarişlə çalışan qurumdur. Təəssüf ki, təşkilat bu ənənəsindən əl çəkməyib»-deyə, T.Rzayev qeyd edib.