YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiya Yəhudi Konqresi Prezident İlham Əliyevi təbrik edib

Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakov, Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkel, Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi təbrik ediblər.

Təbrikdə deyilir: “Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək”.

DİGƏR Xəbərlər Arxiv