YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Prezident İlham Əliyevi təbrik etdi

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik etdi.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək.

Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 

DİGƏR Xəbərlər Arxiv