YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qəbələdə ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəldi.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son vaxtlar Qəbələdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.