YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.

Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənizdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüslərin reallaşması üçün stimul olsun. Sizin qələbənizə ürəkdən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənafeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm”.