YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər qazanmasına vəsiqə vermiş oldu

«Aprelin 11-də Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın  son 15 ildə keçdiyi yolu geniş təhlil edərək bu yolda əldə olunmuş uğurları vurğuladı və hər bir sahədə ölkəmizin nialiyyətlər qazandığını, inkişaf etdiyini  qeyd etdi.  Bir məqam xüsusi qeyd olunmalıdır ki,  xalq cənab Prezidentin verdiyi vədlərin tam şəkildə yerinə yetirildiyinin şahididir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, dövlətimizin başçısı Azərbaycan xalqına müraciətində bütün bu uğurların birlikdə qazanıldığını qeyd edib. Onun sözlərinə görə, hər bir seçki xalqın bu və ya digər siyasətə, proqrama münasibəti deməkdir. Cənab İlham Əliyevin seçki proqramı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası  əsasında yeni dövrdə yeni keyfiyyətlə daha təkmiləşdirilərək tətbiq olunmaqdadır.

«Ümumilikdə, ötən 15 ildə ölkəmiz tarixi və şərəfli yol keçib. Azərbaycan bütün sahələrdə ciddi nailiyyətlərə imza atıb. Bu nailiyyətləri xatırlatmağa, saymağa elə də  ehtiyac yoxdur. Çünki bütün nailiyyətlər xalqımızın gözü qarşısında, onun şahidliyi ilə baş verib. Vətəndaşlarımız qazanılan uğurları  öz həyatında hiss edir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu. Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası daha da irəliləyəcək, inkişaf edəcək, daha da qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcəkdir»-deyə, M.Qurbanlı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv