YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əl-Fəcr”: Azərbaycan 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşayıb

Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı BƏƏ mətbuatında dərc edilmiş silsilə məqalələrin davamı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetində “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilir. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına referendum kimi baxırlar” sərlövhəli yeni məqalə dərc olunub.

Seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasından ən layiqlisini seçdiyini, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib.

O, bir neçə seçki məntəqəsində monitorinq apardıqlarını diqqətə çatdıraraq, seçici kütləsinin tam şəffaf şəraitdə səs verdiyini və müsahibə aldığı seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi İlham Əliyevə səs verdiyini bildirib, onların İlham Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.

70 yaşlı Heydər İsmayılov adlı seçicinin İlham Əliyevə səs verdiyini və onun ölkədə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirən yazar 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən ölkənin hal-hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevirildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayır.

Müsahibə aldığı digər seçicilərin də demək olar ki, hamısının İlham Əliyevə səs verdiyini bildirən müəllif Azərbaycanın 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşadığını oxucularının diqqətinə çatdırır, müşahidəçilər üçün yaradılmış əlverişli şəraitdən danışır və bir müşahidəçi kimi, sanki seçicilərin prezident seçkilərində deyil, İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlara qiymət kimi təşkil olunmuş referendumda iştirak etmələri qənaətinə gəldiyini bildirir.