YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransız jurnalist: Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən fransız jurnalist Yanik Ürryenin http://www.hebdobourseplus.com portalında “Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir” sərlövhəli məqaləsi dərc olunub.

Prezident seçkilərinin qanun çərçivəsində, demokratik şəraitdə keçirildiyini vurğulayan jurnalist Y.Ürryen seçkilərin ölkənin həyatında mühüm hadisə olduğunu, onun siyasi vəziyyətini daha yaxşı anlamağa imkan yaratdığını bildirib. O, seçki məntəqələrində səsvermə üçün uzun növbələrin olduğunu müşahidə etdiyini diqqətə çatdırıb.

Jurnalist ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların diqqəti cəlb etdiyini, əhalinin 93 faizinin müsəlman olmasına baxmayaraq, onun dünyəvi dövlət olduğunu, qadın hüquqlarına riayət edildiyini, müxtəlif dinlərin nümayəndələrinin tam harmoniya şəraitində yaşadığını vurğulayıb.

Ölkəmizdəki multikultural mühitə toxunan Y.Ürryen yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xristianları Pasxa bayramı münasibətilə təbrik edərək onların öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak etdiklərini, respublikamızda gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verdiklərini xüsusi qeyd edib.

Məqalədə Cənubi Qafqazda Azərbaycanın Fransanın mühüm tərəfdaşı olması, onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynaması da diqqətə çatdırılıb.