YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bildirildi ki, ikimərtəbəli bina yüksək zövqlə təmir edilib. İnşaat işlərində keyfiyyətə xüsusi diqqət yetirilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin İsmayıllıya səfərləri zamanı çəkilən fotolardan ibarət stendlər qurulub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. Burada 270 nəfərlik zal da yaradılıb. Zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Zalda rayonun həyatında baş verən əlamətdar hadisələrlə bağlı toplantılar keçirmək üçün geniş imkanlar var. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb.

Bu işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən daxili siyasət bütün sahələri, o cümlədən mədəniyyət sahəsini əhatə edir. Bu Sarayda yaradılan şərait rayonun mədəniyyət və incəsənət xadimləri üçün böyük hədiyyə olmaqla yanaşı, gənc nəsildə bu sahəyə marağı artıracaq.