YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Sədr müavini Əli Əhmədov mətbuat konfransı keçirib

Aprelin 11-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə keçirilən prezident seçkilərinin səsverməsinin başa catması ilə əlaqədar  mətbuat konfransı keçirib. Əli Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 3,9 milyondan çox seçici iştirak edib, bu da Azərbaycan seçicilərinin 74,5 faizi deməkdir. «Bu o deməkdir ki,  Azərbaycanda növbəti prezident seçkiləri baş tutub. Eyni zamanda, bir neçə təşkilat tərəfindən keçirilən  «Exit-poll»arın nəticələrinə dair məlumatlar açıqlanıb. Bu məlumatların hər birində qeyd olunur ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab  İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini qazanıb. Bu, ondan xəbər verir ki, partiyamızın Sədri, fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev bu seçkilərdə inamlı qələbə qazanıb. Yəqin ki, yaxın saatlarda MSK seçkilərin ilkin nəticələrini açıqlayacaq və bu nəticələrlə «Exit-poll»arın nəticələrinin arasında böyük fərq olmayacaq»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də doğru, müdrik seçim edib: «Bu seçim cənab İlham Əliyevdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf mərhələsi keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti artıb, iqtisadiyyatımız bir neçə dəfə  artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib.»

Seçkilərin nəticələrinin ciddi əsaslarının olduğunu söyləyən Əli Əhmədovun fikrincə, Prezident  İlham Əliyevin bu xidmətləri qarşısında Azərbaycan xalqının doğru və müdrik seçim etməsi tamamilə məntiqəuyğundur. O qeyd edib ki, vətəndaşlarımız Azərbaycanın parlaq gələcəyi üçün növbəti dəfə cənab İlham Əliyevə səs verib: «Bununla da, Azərbaycan vətəndaşları ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək 7 il ərzində daha böyük inkişafına, Azərbaycandakı sabitliyə, əminamanlığa səs vermiş oldular. Hesab edirəm ki, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi illəri olacaq. Bu illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi geniş strategiya əsasında iqtisadiyyat daha da güclənəcək, şaxələnəcək, hökumət insanların rifahının daha da yüksəlməsi üçün proqramlar işləyib hazırlayacaq. Eyni zamanda, ölkəmizin dünya birliynə inteqrasiyası güclənəcək,  Avropanın enerji təhlükəsizliyində rolu artacaq. Qəti əminəm ki, qarşıdakı 7 ilin hər birində inkişaf Azərbaycanı müşaiyət edəcək və bu yolda uğurla addımlayacaq. Seçkilərdə Yeni Azərbaycan Partiyasının liderinin qələbəsi bütün xalqımızın qələbəsidir. Bu, cənab İlham Əliyevin dövlətimizin inkişafı naminə göstərdiyi xidmətlərə Azərbaycan xalqının verdiyi layiqli qiymətdir».

Əli Əhmədov bildirib ki, bu qələbənin əldə olunmasında YAP da böyük xidmətlər göstərib, təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya üzvləri ölkənin hər yerində insanlarla çoxsaylı görüşlər keçiriblər. Seçkilərin təbliğat-təşviqat kampaniyasında cənab İlham Əliyevin siyasətinin uğurları ilə bağlı insanlar arasında geniş izahat işlərinin aparıldığını deyən YAP-ın Sədr müavini qeyd edib ki, seçicilərlə keçirilən görüşlərdə  qarşıdakı 7 il ərzindəki hədəflər haqqında da məlumatlar verilib: «Bütün bunların nəticəsində ölkə vətəndaşları bir daha əmin oldular ki, Azərbaycanın bu günü kimi gələcəyi də cənab İlham Əliyevin siyasəti ilə bağlıdır.  Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası bu möhtəşəm qələbənin əldə olunmasına böyük töhfə verdi. Beləliklə, Azərbaycan növbəti 7 illik inkişaf mərhələsinə başlayır».

Daha sonra YAP Sədrinin müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb. 

DİGƏR Partiya xəbərləri Arxiv