YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.

Əvvəlcə İsmayıllıya gələn dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.