YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Avropa Parlamentinin qətnaməsinin mahiyyətində Azərbaycanın güclənməsinin arzulanmaması dayanır

«Bu gün dünyada çox təhlükəli proseslər gedir. Vəziyyət o həddə çatıb ki, ayrı ayrı dövlətlərin BMT tərəfindən tanınan ərazilərinin dəyişdirilməsinə cəhdlər edilir, onların təbii sərvətlərinin mənimsənilməsi uğrunda açıq mübarizə gedir». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycan dövləti gücləndikcə onun  təhlükəsizlik konsepsiyası və doktrinası daha da gücləndirilir. Onun sözlərinə görə, bu da bəzi xarici qüvvələrin və güclərin xoşuna gəlmir.

 «Ona görə də, müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlər edirlər. Avropa Parlamentinin qətnaməsinin mahiyyətində də bu amil dayanır. Azərbaycan dövləti həyata keçirdiyi siyasətdə milli maraqlarımızın təmin olunmasına əsaslanır. Ona görə də, dövlətimiz bu məsələdə daim öz prinsipiallığını  qoruyur»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.