YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna: saat 15:00-a olan məlumata görə səsvermədə fəallıq 65 faizdən yuxarıdır

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, ölkəmizin Ukraynadakı səfirliyinin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 65 faizdən artığı səsvermədə iştirak edib.

Gün ərzində Azərbaycanın Ukraynadakı səfirliyində seçici fəallığı müşahidə olunmaqdadır.

Ukraynanın Kiyev, Xarkov, Dnepr, Odessa, Sumı və bir sıra şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr Azərbaycanın Ukraynadakı səfirliyinə gələrək sərbəst və azad qaydada öz seçimlərini edirlər.

Səsvermə prosesi Ukrayna KİV-lərinin də diqqət mərkəzindədir.