YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yelena Strokova: Prezident seçkilərinin keçirilməsi ilə bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil edilib

Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.

Bu barədə 15 saylı Yasamal birinci seçki dairəsinin 15 saylı seçki məntəqəsində seçkiləri izləyən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçi Yelena Strokova bildirib.

Y.Strokova deyib: “Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı ilə keçir. Prezident seçkilərinin keçirilməsi ilə bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil edilib”.

 

DİGƏR Xəbərlər Arxiv