YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: “Cənub Qaz Dəhlizi” Azərbaycanla Avropanı birləşdirəcək

20 il əvvəl – sentyabrın 20-də «Əsrin müqaviləsi» ilə uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycan dövləti bu ənənəni davam etdirərək 20 il sonra XXI əsrin ən mühüm siyasi-iqtisadi hadisəsini “Cənub Qaz Dəhlizi” ilə bağlı nəhəng sazişi imzaladı . Bu saziş Xəzər dənizindən Avropa İttifaqına birbaşa xüsusi keçid rolunu oynacaq. Bu fikirləri 

YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, “Cənub Qaz Dəhlizi”nə dair sazişin imzalanması 20 il əvvəl Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyası və “Əsrin müqaviləsi”nin məntiqi nəticəsidir. “Respublikamız 20 il əvvəl çox mühüm bir tarixi hadisəyə imza atmaqla regionda Qərb yönümlü enerji marşrutları sisteminin əsasını qoydu. Bundan sonra regionda çox strateji əhəmiyyətə malik trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalandı.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin əzmkarlığı, siyasi qətiyyəti və təşəbbüsü sayəsində ötən illər ərzində Azərbaycan yeni neft və qaz layihələrinin həyata keçirilməsinə nail olub. “Cənab İlham Əliyevin uzaqgörənliklə atdığı addımlar regionun eneri xəritəsinin dəyişməsinə səbəb olub və Azərbaycanın müəəlifi olduğu yeni enerji dəhlizlərinin coğrafi hüdudları genişlənməkdədir. “Cənub Qaz Dəhlizi” reallaşmasında əsas siyasi qətiyyət və prinsipial qərar məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Məlum olduğu kimi 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun respublikamıza səfəri zamanı Avropa İitifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi”nə dair Anlaşma Memorandumu imzazlandı və bu qərar hazırkı enerji layihəsinin həyata vəsiqə almasında açar rolunu oynadı. Bu marşrutu seçməklə Azərbaycan özünün Avropanın enerji təchizatçısına çevrilməsi üçün mühüm addımlardan birini atdı”.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini bildirib ki, "Cənub Qaz Dəhlizi" Bakı-Tbilisi-Ərzurum kəmərinin genişləndirilməsi, Trans Anadolu qaz kəmərinin inşası və bu kəmərin məntiqi davamı olan Trans Adriatik boru kəməri  layihəsinin tikintisini və ümumilikdə bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.

2011-ci ilin sonunda Azərbaycanla Türkiyə arasında imzalanmış yeni qaz sazişinə və 2012-ci ildə hər iki ölkə hökuməti tərəfindən təsdiq olunan TANAP layihəsinə əsasən, Azərbaycan yaxın 2-3 ildə Yunanıstan, Bolqarıstan və Albaniyaya qaz nəql edəcək. Yəni, yanacaq  «Şahdəniz-2» layihəsi çərçivəsində bu ölkələrə nəql olunacaq. Yəni, TANAP «Cənub dəhlizi» enerji şəbəkəsinin ən mühüm komponentlərindən biri olmaqla yeni dəhlizlərin yaradılmasına geniş üfüqlər açıb.

Aydın Hüseyov hesab edir ki, "Cənub Qaz Dəhlizi"nin ən həlledici mərhələsi isə TAP layihəsinin işə düşməsi olacaq.  “TAP «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiyaya baxımından düzgün və yaxşı seçilmiş boru kəməridir. TAP «Şahdəniz», «Ümid», «Abşeron», «Alov», «İnam» və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropapya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasmiya infrastrukturu deməkdir. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq.  Qazın Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsilə Bolqarısnana, eləcə də, Adriatik dənizindən çoxşəbəkəli sistemlər vasitəsilə Bosniya, Hersoqovina, Xorvatiya, Serbiya, Çernoqoriya çatdırılması nəzərdə tutulur. Ümumilikdə, TAP vasitəsilə Şərqi-Qərbi Avropa regionu ölkələri qazla təmin olunacaq.

A.Hüseynovun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Xəzər regionunun digər ölkələri üçün geniş  əməkdaşlığa əla bir fürsət yaradır. “Yaxın illərdə Türkmənistan və Qazaxıstanın öz yanacaq ehtiyatlarını bu dəhlizlə nəql etməsi istisna deyil. Yəni, bu dəhlizlə Avropaya 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar. Çünki bu ölkələr üçün hər bir baximdan – istər siyasi, istər iqtisadi və kommersiya cəhətdən "Cənub Qaz Dəhlizi" daha sərfəli və təhlükəsiz sayıla bilər”.