YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Marçek: Səsvermə prosesi beynəlxalq normalara ciddi riayət edilməklə keçir

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ictimai-siyasi və sosial-iqtisadi inkişafda sanballı nəticələr qazanıb, beynəlxalq aləmdə öz yerini möhkəmlədib. Prezident seçkiləri bu il ölkənin həyatında əsas hadisədir. Şübhəsiz, bu seçkilər dövlətin və cəmiyyətin inkişafına təsir göstərəcək. Biz bir sıra seçki dairələrində və seçki məntəqələrində olmuşuq. Səsvermə vaxtında başlanıb, seçki komissiyalarının bütün üzvləri beynəlxalq standartlara uyğun və səmərəli işləyirlər. Xarici ölkələrdən müşahidəçilər dəvət edilməsi onu göstərir ki, Azərbaycanda prezident seçkiləri açıq və sərbəst keçirilir. Müşahidəçilər və jurnalistlər öz fəaliyyətlərində heç bir problemlə üzləşmir.

17 saylı Yasamal üçüncü seçki dairəsinin seçki məntəqələrinin birində səsvermə prosesini müşahidə edən slovakiyalı deputat Peter Marçek bu fikirləri söyləyib.

Slovakiyalı deputat sonda deyib: “Ölkənizdə prezident seçkilərinə hazırlıqla əlaqədar böyük iş görülüb. Bütün seçki məntəqələri zəruri rabitə vasitələri və texnika ilə təchiz olunub. Vətəndaşların yüksək fəallığı güclü təsir bağışlayır. Mən bir məqamı müşahidə etdim ki, yaşlı nəslin nümayəndələri səsvermədə xüsusi fəallıq göstərir. Vətəndaşlar seçki məntəqələrinə gəlir və istədiyi namizədə sərbəst səs verir. Bu, həmin insanların konstutision hüquqlarının tam reallaşdırılmasını təsdiq edir. Azad və demokratiki seçkilər keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin pozulması halları olmayıb”.