YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstanlı deputat: Gənclərin səsvermədə fəallığı sevindirici haldır

Müşahidə apardığım seçki məntəqələrində vətəndaşların şəffaf, sərbəst şəkildə səs vermələri üçün yaxşı şərait yaradılıb. Heç bir qanun pozuntusuna rast gəlmədim. Ümid edirəm ki, belə də davam edəcək.

Bu fikirləri səsvermə prosesini izləyən bolqarıstanlı deputatı Hamid Hamid bildirib.

O qeyd edib ki, insanlar fəal şəkildə, yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak edirlər. Gənclərin fəallığını xüsusi qeyd etmək istəyirəm. Bu, çox sevindirici haldır. Gənclərin dövlət idarəçiliyində, qərar qəbuletmədə iştirakı çox əhəmiyyətlidir.

Bolqarıstanlı deputat üçüncü dəfədir ki, Azərbaycanda seçkiləri izlədiyini deyib. O qeyd edib ki, Azərbaycan xalqının daha yaxşı günləri irəlidədir.