YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Financial Times”: Enerji sahəsində birlik, siyasi sahədə həmrəylik Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirir

Britaniyanın nüfuzlu “Financial Times” qəzeti Türkiyə Azərbaycan münasibətlərindən bəhs edib.

Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı ziyarət etməsi və Prezident İlham Əliyev ilə görüşlərindən bəhs olunur.

Xüsusilə enerji sahəsindəki əməkdaşlığımızın “Şah Dəniz”, “TANAP” və “TAP” layihələri ilə daha da möhkəmləndiyi bildirilir.

Sözü gedən layihələrin Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayacağı diqqətə çatdırılıb. Layihələrin icrası, hazırkı vəziyyəti və iştirakçı ölkələr haqqında ətraflı məlumat verilib.

Müəllif, Ermənistan-Azərbaycan, Dağlıq Qaarbağ münaqişəsinə də toxunub və Türkiyənin beynəlxalq arenada məsələnin həlli ilə bağlı ölkəmizi yaxından dəstəklədiyini bildirib.

Yazıda, həmçinin Türkiyə İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin icraçı direktoru Sənan Ülgən, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Sabançı Universitetinin professoru Bülənt Arasın mövzu ilə bağlı fikirlərinə də yer verilib.

Məqalənin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə istinadən “münaqişə həllini tapmadıqca Türkiyə ilə Ermənistan münasibətlərində heç bir irəliləmə olmayacaqdır” - deyə vurğulanıb.