YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıb

Aprelin 10-da Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında olub.

Mixail Oxendovski Ukrayna MSK-nın nümayəndələrinin bundan əvvəl də Azərbaycanda seçkiləri müşahidə etdiyini söyləyib. O, 11 aprel prezident seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçəcəyinə inandığını bildirib. Əlavə edib ki, nümayəndə heyəti seçki prosesini sona qədər izləyəcək.

Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, müşahidəçilər seçkiləri sərbəst izləmək üçün istədikləri məntəqələrdə ola bilərlər. Onların səsvermənin gedişini rahat şəkildə izləmələri üçün hər cür şərait yaradılıb. Sədr qeyd edib ki, min məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs MSK-nın saytından onlayn formada seçkiləri izləyə bilər.

Məzahir Pənahov nümayəndə heyətinə seçkiləri izləyəcək beynəlxalq müşahidəçilər və KİV-lər barədə də məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.