YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax rayonunun Tanrıqulular və Salahlı kəndlərində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Tanrıqulular və Salahlı kəndlərində keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev qarşıdan gələn prezident seçkiləri haqqında ətraflı məlumat verib. Natiq həmçinin əmin olduğunu bildirib ki, aprelin 11-də hər bir yevlaxlı seçici Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək.

Sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən siyasət nəticəsində hər bir azərbaycanlı kimi yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək.

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova bildirib ki, bu gün Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf edir: “Bütün bunların davamlılığı üçün 11 apreldə seçki məntəqələrinə gələrək hər birinizi cənab İlham Əliyevə səs verməyə çağırıram”.

Çıxış edən kənd sakinləri bildiriblər ki, yevlaxlılar artıq öz seçimlərini ediblər: “Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görə də biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəyik”.