YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə yardımçı olaq

Şamaxı rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində rayonun Hacılı, Dədəgünəş, Çağan və Qızmeydan kəndlərində görüşlər keçirilib.

Görüşlərdə çıxış edən Eyvaz Eminaliyev qeyd edib ki, xalqımız işlərin davamlı olması naminə yenidən cənab İlham Əliyevə etimad göstərəcək: «Bu gün hər bir Azərbaycan vətəndaşına, həmçinin dünyanın tanınmış ictimai-siyasi xadimlərinə də bəllidir ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir.»

YAP Mərkəzi Seçki Qərargahı  Şamaxı rayon şöbəsinin üzvləri- Ağarza Bayramov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev, Nəzakət Abdulrazaqova, Namiq Rzazadə çıxış edərək 11 apreldə keçiriləcək prezident seçkilərində bütün seçiciləri hamılıqla cənab İlham Əliyevə səs verməyə çağırıblar.