YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtlıların seçimi İlham Əliyevdir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Bununla bağlı Sumqayıt şəhərində seçicilərlə keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışıb. O, 11 apreldə keçiriləcək prezident seçkilərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir.

Çıxış edən Milli Məclisin üzvlərindən Muxtar Babayev, Mirzəcan Xəlilov bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. Millət vəkilləri seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Musa Həsənov, Natiq Talıbov və başqaları cənab İlham Əliyevin Azərbaycanı firavan gələcəyə doğru aparan lider olduğunu bildiriblər. Onlar bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.