YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı seçicilərlə görüşləri davam etdirir

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Növbəti görüş Badamdar qəsəbəsində seçicilərlə keçirilib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli siyasi-iqtisadi islahatlar nəticəsində əldə olunan tarixi nailiyyətlər və möhtəşəm uğurlar haqqında danışıb. Millət vəkili bütün Azərbaycan cəmiyyəti kimi, Səbail rayonu seçicilərinin də ümumxalq məhəbbəti qazanmış cənab İlham Əliyevi dəstəklədiyini deyib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd ediblər ki, son 15 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf parametrlərinə görə dünyada analoqu olmayan uğurlara imza atıb. Təbliğat-təşviqat kampaniyası zamanı respublikanın hər yerində seçicilər, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevə böyük rəğbətlərini ifadə edirlər və seçki günü Onun namizədliyini dəstəkləyəcəkdir.

Çıxış edən təbliğat qrupunun üzvləri - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov və YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, həmçinin gənc fəallar Məhərrəm Məhərrəmli və Bəyim Nəbiyeva cənab İlham Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıb və bildiriblər ki, xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcək.