YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lerik rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri rayonun Qosmalian, Kələxan, Pirasora, Mistan kənd seçiciləri ilə görüş keçirib

YAP Mərkəzi Seçki Qərargahının Lerik rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərinin Qosmalian, Kələxan, Pirasora, Mistan kənd inzibati ərazi dairəsinin seçiciləri ilə görüşü oldu.

Görüşdə YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri Cəlil Baxşıyev, E.Qənbərov, H.Bəşirov  və  E.Rəcəbov iştirak edirdilər.

Görüşdə çıxış edən seçicilər 11 aprel tarixində seçki məntəqələrinə gələrək yekdilliklə YAP namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

Tədbir musiqi kollektivlərinin ifaları ilə davam etdirildi.