YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda “İlhamla irəli” şüarı ilə seçicilərlə Zirvə görüşü keçirilib

YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş şəhər stadionunda seçicilərlə Zirvə görüşü - konsert-mitinq keçirildi.

 Zirvə görüşündə 25 mindən çox ağdaşlı iştirak edir. Zirvə görüşünə gələn seçicilərin qonaqları sürəkli alqışlarla qarşılaması və “İlhamla irəli”  şüarlarının dəfələrlə səsləndirilməsi  ağdaşlı seçicilərin artıq seçimlərini etdiklərinin göstəricisidir.

Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri,  Milli Məclisin deputatı Cavid Osmanov, Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, Milli Məclisin deputatları Elman Nəsirov və Sabir Hacıyev çıxış ediblər. Onlar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentiyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açdılar.

Zirvə görüşünə qatılan ağdaşlı seçicilər bütün çıxışçıları diqqətlə dinləyərək, cənab İlham Əliyevin ünvanına sürəkli alqış və “Ağdaşlılar İlhamla irəli” şüarları səsləndirməkdə davam ediblər.

Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.