YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalalılar “İlhamla irəli”yə səs verir

Prezidentliyə namizəd İlham  Heydər oğlu Əliyevin  namizədliyinin seçki kampaniyası  çərçivəsində Zaqatala şəhər stadionunda Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Zaqatala rayon şöbəsinin təşkilatçılığı ilə möhtəşəm mitinq- konsert  keçirilmişdir.

Tədbirdə YAP Seçki Qərargahının Zaqatala rayon şöbəsinin sədri çıxış edərək qeyd edib. Bu gün  hər bir Zaqatala sakini, bu möhtəşəm toplantıya gələn hər bir kəs ömrünün ən xoş  anlarını yaşayır. Bunu  sizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq olur. Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana – cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın, sədaqətin ifadəsidir.

Ulu Öndərimizin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanı  sosial - iqtisadi cəhətdən sürətlə inkişaf edən  bir ölkəyə çevirməklə bərabər beynəlxalq aləmdə nüfuzumuzu yüksəldib, dövlətimizi bütün dünyada tanıtdırıb, ölkədə ictimai sabitliyi bərpa edib, vətəndaşların təhlükəsizliyi, firavan həyatı üçün nə varsa həyata keçirib.

Məhz buna görə də cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq o, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürülüb və sözsüz ki, bu təklif bütün xalqın, dövlətimizi azad və xoşbəxt görmək istəyən hər bir kəsin ürəyindəndir.

Biz qürurla deyə bilərik ki, Zaqatala bu gün Respublikanın ən inkişaf edən,  tanınmaz dərəcədə dəyişən və ölkənin iqtisadi həyatında öndə gedən rayonlarından biridir.

Mitinqdə millət vəkillərindən  Kamilə Əliyeva və Elşən Musayev çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşdülər və  seçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasinın vahid namizədi İlham Əliyevə səs verməyə səslədilər.

Tədbirdə Azərbaycanın görkəmli incəsənət xadimlərinin iştirakı ilə geniş  konsert proqramı nümayiş etdirilmişdir.