YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatı Kəlbəcərin işğalı günündə Kəlbəcər şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 2 Aprel  Kəlbəcərin işğalı günündə  Kəlbəcər şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir. Nəsimi rayon təşkilatı YAP-ın respublika ərazisində  700 min ağacın əkilməsi və Heydər Əliyev Fondunun vitse prezidenti və İDEA-nın rəhbəri Leyla Əliyevanın  Xocalı faciəsində   şəhid olmuş  uşaqların  xatirəsinə həsr edilmiş  ağacəkmə kampaniyası təşşəbbüslərinə  qoşularaq “Hər Şəhidə Bir Fidan” adlı  ağacəkmə kampaniyası keçirmişlər. Keçirilən ağacəkmə aksiyasında    Qarabağ müharibəsi  zamanı  şəhid olmuş 700-dən çox   Kəlbəcər şəhidinin sayı qədər ağaç əkilmişdir. Bakı –Sumqayıt dəmiryolu xətti boyunca həyata keçirilən bu kampaniyada YAP-ın Nəsimi rayon təşkilatının  500-dən çox fəal üzvü və gənclər iştirak etmişdir.

 

  

 

 

 

DİGƏR Partiya xəbərləri Arxiv