YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda seçicilərlə növbəti görüş keçirilib

YAP  Suraxanı rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar  seçicilərlə növbəti görüş keçirib.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, YAP-nın vahid namizədi İlham Əliyev son 15 ildə gənclərin həyat səviyyəsinin yüksəlməsi üçün çoxlu işlər görmüş, “Gənclər Siyasəti” haqqında Sərəncam imzalanmış, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün paytaxtımız Bakıda və regionlarda çoxlu sayda İdman Sağlamlıq Mərkəzləri inşa edilmişdir. Cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı hər zaman yüksək olmuşdur. Vüqar Seyidov gəncləri prezident seçkilərində cənab ilham Əliyevə səs verməyə səsləmişdir.

Görüşdə çıxış edən gənclər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.