YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunun qadın seçiciləri YAP-ın namizədini dəstəkləyirlər

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Qaradağ rayon qadınları ilə keçirilib.

Sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Hicran Xəlilova Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı fəal rolu barədə məlumat verərək bildirib ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. O, prezident seçkilərinin Azərbaycanın gələcək inkişafında mühüm əhəmiyyətini qeyd edərək qadınları bu prosesdə də fəal iştirak etməyə, Azərbaycan xalqının alternativsiz lideri, YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Seçki qərargahının üzvü Hacı İbrahimov bildirib ki, son 10 ildə Azərbaycanın sosial-iqtisadi, siyasi-ictimai həyatında qazanılan uğurlarda xanımlarımızın, qadınların çox böyük və gərgin əməyi olub. O həmçinin cənab İlham Əliyevin rhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurlar barədə də danışaraq əlavə edib ki, bu gün biz Onun siyasətini, uğurlarını görürük və hər bir Azərbaycan vətəndaşını xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırırıq.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasınıən sədr müavini, Hicrət Qaradağlı, Qərargah üzvü Təranə Qasımova, rayon sakinləri Aytac Tağıyeva, Emilya Axundova söyləyiblər ki, hər zaman olduğu kimi bu dəfə də Qaradağ rayon qadınları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə dəstəyini səsvermə məntəqələrində fəallığı ilə isbatlayacaq.