YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident neft sənayesi işçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev neftçilərin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə neft sənayesi işçilərinin bir qrupunun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən 2 nəfər “Şöhrət” ordeni, 70 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Prezidentin digər Sərəncamı ilə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə yeddi nəfərə “Əməkdar Mühəndis”, bir nəfərə “Əməkdar Müəllim” Fəxri adları verilib.