YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq

Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq. Bu barədə sechki-2018.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib. MSK katibi qeyd edib ki, bütün seçki məntəqələrinə Brayl əlifbası ilə hazırlanan bülletenlər veriləcək. O deyib: “Gözdən əlil seçicilərin yaşadığı ərazilərdə onların sayı qədər seçki bülletenləri seçki məntəqələrinə paylanılacaq. Bununla yanaşı, ehtiyat üçün respublika üzrə bütün seçki məntəqələrinə ən azı 1 və ya 2 Brayl əlifbası ilə hazırlanmış seçki bülleteni veriləcək”.

M.Rəhimov gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problemin olmayacağını vurğulayaraq söyləyib: “Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərdə də gözdən əlil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əlil seçicilərin səs vermək üçün məntəqəyə gəlməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bilərlər”.