YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatında müşahidəçilər üçün seminar keçirilib

Azərbaycan Respublikasında 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident  seçkilərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiyanı təmsil edən müşahidəçi və məşvərətçilərin fəaliyyəti ilə bağlı seminar keçirilib. 

Tədbirdə YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri, müşahidəçilər, məşvərətçilər və partiya fəalları iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən seçki dairələri və məntəqələrdə 111 müşahidəçi, 111 məşvərətçi səsvermə prosesini izləyəcək. Müşahidəçi və məşvərətçilərimiz şəhərin ictimai-siyasi həyatında nümunə göstərən, əvvəlki seçkilərdə müəyyən təcrübəsi olan, cəmiyyətdə nəcib keyfiyyətləri ilə nüfuz qazanan insanlardır.

YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvlərindən Fuad Əliyev, İbrahim Cəfərov və digər çıxış edənlər Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsindən, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlməsindən, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişdiyindən danışıblar. Bildiriblər ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz və doğma Gəncəmiz günü-gündən inkişaf edir. Seçicilərimiz də məhz bu inkişafa, sabitliyə səs verməklə, növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər.

Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verilib.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə müşahidəçiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.