YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvanə Hacıyeva: Azərbaycan xalqı tərəqqi və yüksəlişin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək

“Sabitlik adası kimi tanınan Azərbaycan son 15 il ərzində dinamik və hərtərəfli inkişaf yolu keçib. Azərbaycanda sabitlik və inkişafı təmin edən amil Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli siyasətdir”. Bu sözləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva deyib.

Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan bu gün Heydər Əliyevin ideyaları əsasında inkişaf edir: “Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan və praqmatik siyasətçi kimi tanınan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində Azərbaycan güclü, qüdrətli ölkəyə çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu mütəmadi olaraq artır, çoxsaylı nailiyyətlər əldə edən Azərbaycan yeni zirvələr fəth edir. Ona görə də indi xalqımızın gələcəyə baxışı olduqca nikbin və aydındır”.

P. Hacıyeva əlavə edib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrü xarakterizə edən ən mühüm keyfiyyət göstəricilərindən biri Azərbaycanda uğurlu qadınlar və gənclər siyasətinin həyata keçirilməsidir: “Xüsusilə də, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət qadın siyasəti cəmiyyətin inkişafını təmin edən mühüm amillərdən olub. Bu sahədə görülən işlər gender bərabərliyinin təmin olunması, qadınların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olub, cəmiyyətimizdə qadınların ictimai və siyasi fəallığının artmasını təmin edib”.

“Azərbaycan xalqı son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin milli tərəqqini, sabitlik və inkişafı təmin etdiyini görür” deyən YAP) Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva diqqətə çatdırıb ki, cənab İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində gördüyü misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb.

P. Hacıyevanın sözlərinə görə, cənab İlham Əliyevin yenidən prezident seçilməsi ölkədə həyata keçirilən genişmiqyaslı islahatların və inkişaf siyasətinin uğurla davam etdirilməsinə imkan yaradacaq: “Bütün bu müsbət reallıqlara və nailiyyətlərə görə Azərbaycan xalqının alternativsiz seçimi məhz cənab İlham Əliyevdir. Xalqımız öz Lideri ilə qürur duyur, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı tərəqqi, yüksəliş, inkişaf və sabitliyin davamlı olması üçün cənab İlham Əliyevə səs verəcək”.