YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı yüksək fəallıq şəraitində seçicilərlə görüşlərini davam etdirir

«İlhamla irəli» şüarı ilə təbliğat-təşviqat kampaniyasına start verən Yeni Azərbaycan Partiyasının hər bir rayon təşkilatı kimi YAP Xətai rayon təşkilatı da yüksək fəallıq şəraitində seçicilərlə görüşlərini davam etdirir.

Bu gün keçirilən tədbirdə  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, 11 aprel tarixini  bu günümüzün, gələcəyimizin müdafiə kampaniyası kimi təbliğ etməliyik.  Azərbaycanın bu gününü, uğurlu gələcəyini düşənən hər kəs 11 aprel prezident sekilərində seçki məntəqələrinə gəlib, səsvermə hüququndan istfadə edərək,  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməlidir. Cənab İlham Əliyevə səs verməklə növbəti 7 ildə Azərbaycanın daha möhtəşəm uğurlarına yol açmış olacagıq.  

YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, təşkilatın Qadınlar Şurasının sədri Aygün Əhmədli, təşkilatın aparat rəhbəri Mayıl Kərimov, seçicilərdən Zemfira Məsiyeva,
Sahib Babayev, Cəmilə Əliyeva,  Sevinc Orucova, Ziba Rzayeva, Mehriban Mustafayeva, Vüsalə Rzayeva, Nəbi Ağayev və başqaları çıxışlarında  Azərbaycanın son 14 ildə qazandığı uğurların fonunda qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsi, Azərbaycanın müstəqilliyinin qorunması, sabitliyimizin, təhlükəsizliyimizin təminatı üçün 11 aprel prezident seçkilərində   yüksək fəallıq nümayiş etdirərək, Heydər Əliyev siyasətinə səs verməyin vacibliyini bildirdilər.