YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Türkiyə Quru Qoşunları Məktəbində təhsil alan azərbaycanlı kursantlarla görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

Zakir Həsənova məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumat verilib. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.

Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.

 

DİGƏR Xəbərlər Arxiv