YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Laçın rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib

“700 min  ağac əkək” kampaniyası çərçivəsində  Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilir. 

2018-ci il mart ayında  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində keçirilən aksiyada Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəalları, ilk partiya təşkilat sədrləri iştirak ediblər. Qəsəbə ərazisində 1100 ədəd ağac əkilib.

 ”700 min  ağac əkək” kampaniyası çərçivəsində YAP Laçın rayon təşkilatının fəalları tərəfindən Taxta-körpü ərazisində indiyə qədər 4000 ədəd ağac və gül kolları əkilib.