YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub

Sentyabrın 19-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə enerji sektoru ilə yanaşı, digər əməkdaşlıq sahələrinin də müzakirə edildiyini bildirmişdir: “Düşünürəm ki, burada həyata keçiriləcək investisiya qoyuluşu, müqavilələr, infrastruktur layihələri sahəsində geniş formatda əməkdaşlığın aparılması üçün yaxşı potensial mövcuddur. Ümidvaram ki, əməkdaşlıq məsələlərini müzakirə etmək üçün növbəti aylarda yeni nümayəndə heyətləri gələcək.”

Bolqarıstan Prezidenti Rosen Plevneliev böyük tarixi əhəmiyyətə malik olan “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində iştirakın böyük şərəf oldugunu bildirmişdir: “Bu, bir çox Avropa ölkələrinin on illərlə arzuladığı bir xəyalın reallığa çevrilməsidir və bu məsələdə Sizin tarixi xidmətləriniz var.

Bolqarıstan Prezidenti kimi, Avropa İttifaqına üzv olan dövlət başçıları adından mən Azərbaycana Sizə təşəkkür etmək üçün gəlmişəm. Bu, bizim hamımız üçün əlamətdar bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyasəti ilə vacib ölkədir. Etibarlı dost və tərəfdaş ölkə kimi, biz həmişə Sizin yanınızdayıq və əməkdaşlıq etmək istəyirik.”