YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Neyjmakov: 11 aprel seçkiləri Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək

Aprelin 11-də keçiriləcək prezident seçkilərinə az müddət qalıb. Azərbaycanda seçkiöncəsi mühit sabitdir. Seçkilərə hazırlıq, təşviqat işi ölkə qanunvericiliyinə uyğun həyata keçirilir.

Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

M.Neyjmakov bildirib ki, seçkilərdən sonra Azərbaycanda siyasi sahə ilə yanaşı, digər sahələrdə də yeni islahatların aparılması gözlənilir. “Düşünürəm ki, 11 aprel seçkiləri Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək”, - deyə analitik vurğulayıb.