YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Lənkəran rayon təşkilatı Prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir

28 mart 2018-ci il tarixində  rayon təşkilatının təbliğat qrupunun üzvləri rayonun  Şilavar,Digah,Sütəmurdov kəndlərində yaşayan seçicilər ilə görüşü oldu.

Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev çıxış edərək bildirib ki, dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə boyu tarazlı inkişaf təmin edilib, regionlarda yeni müsbət reallıqlar yaranıb.
Son 15 ildə Azərbaycanın hərtərəfli və dinamik inkişafını ölkənin regionlarının timsalında daha aydın şəkildə görmək mümkündür. Bu dövrdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə boyu inkişaf təmin edilib, regionlarda yeni müsbət reallıqlar yaranıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.

Mən əminəm ki,bu günkü tədbirdə iştirak edənlər 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəallıq nümayiş etdirəcək,bizim layiqli namizədimizə öz səslərini verəcəklər.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən N.Allahverdiyev, K.Kazımov, G.Bağırov, R.İbadov və S.Məmmədov çıxış etdilər. Onlar Ulu Öndər H.Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətindən,ölkəmizdə olan sabitlik və tərəqqidən söz açdılar. Seçiciləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.

Tədbirdə seçicilərə söz verildi.Seçicilərdən N.Kazımov,A.Əbilov və başqaları  tədbir iştirakçılarını əmin etdilər ki,seçki günü bir nəfər kimi seçkiyə gələrək,Azərbaycanın layiqli oğlu Cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bəyan etdilər.Tədbir seçicilərin alqış sədaları altında sona çatdı..

 

DİGƏR Xəbərlər Arxiv