YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Bəydili kəndinin seçiciləri ilə görüşüblər

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş  Biləsuvar rayonu Bəydili kəndinin seçiciləri  ilə  keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev  qarşıdan gələn Prezident seçkiləri ilə bağlı  məlumat verdi.Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi.Natiq qeyd etdi ki,  2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi  gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Belə ki, sürətli və dayanıqlı iqtisadi inkişaf, regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft məhsullarının  istehsalı və ixracının artması, Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması çox yüksək səviyyədə həyata keçirilmişdir. Ölkənin inkişafı, insanların rifahı naminə  həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun çoxsaylı Bəydili kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, professor Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq  bütün Bəydili kənd seçicilərini  11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə iştirak edən Bəydili kənd seçiciləri bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə - Cənab İlham Əliyevə səs verəcəklər.