YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları və ekspertləri regionlarda uzunmüddətli monitorinqlər aparıblar

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) direktoru Dmirti Qladey və MDB PAA DİMBİ ekspert qrupunun rəhbəri Stanislav Tkaçenko Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli müşahidəsi çərçivəsində 9 saylı Binəqədi rayon 2-ci seçki dairəsində olublar.

Görüşdə müşahidəçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsi və seçkilərin təşkili və keçirilməsi ilə bağlı Təqvim Planına əsasən dairə seçki komissiyasının gördüyü işlər barədə məlumat verilib.

MDB PAA DİMBİ Bakı filialının əməkdaşları və ekspertləri prezident seçkiləri ilə bağlı, həmçinin Lənkəran və Gəncə şəhərlərində uzunmüddətli monitorinqlər aparıblar. Onlar monitorinq çərçivəsində dairə və məntəqə seçki komissiyalarında seçkilərə hazırlıq və onun keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olublar. Bundan əlavə, ekspertləri maraqlandıran suallar seçki komissiyaları tərəfindən cavablandırılıb.