YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqronun Baş naziri Milo Cukanoviç “ADA” Universiteti ilə tanış olub

Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 19-da “ADA” Universiteti ilə tanış olub.

Əvvəlcə Baş nazir universitetin tədris kompleksini gəzib.

“ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bu ali təhsil ocağının fakültələri, ixtisasları və proqramları, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramı haqqında məlumat verib. Rektor, həmçinin Baş naziri universitetdə təhsil alan üç monteneqrolu tələbə ilə tanış edib.

Monteneqronun Baş naziri “ADA” Universitetinin ixtisasartırma proqramının yüksək və orta vəzifəli diplomatlar üçün keçirdiyi təlimlər haqqında da ətraflı məlumatlandırılıb.

“ADA” Universitetinin dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan Hafiz Paşayev gələcəkdə bu cür əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Sonra tələbələrlə görüşən Monteneqronun Baş naziri “ADA” Universitetində tədris prosesini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb. Baş nazir Milo Cukanoviç yetişməkdə olan gənc nəslin Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Baş nazir Milo Cukanoviç “ADA” Universitetinin yeni tədris kompleksi və kitabxanası ilə də tanış olub.