YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yevlaxda “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirildi

Yeni Azərbaycan Partiyasının Yevlax şəhər  təşkilatı tərəfindən  “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiya keçirilib . Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan  ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən Bərdə -Yevlax magistral yolunun kənarındakı meşə zolağında həyata keçirilib.

Bayram əhval ruhiyyəsi ilə başlayan kampaniya təşviqat dövrünə təsadüf etdiyindən daha böyük ruh yüksəkliyi və fəallıqla həyata keçirildi. YAP fəallarının iştirakı ilə 3000-dən çox şam və meyvə ağacları əkildi.  Əkilən ağaclara aqrotexniki qulluq olundu.

DİGƏR Partiya xəbərləri Arxiv