YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Siyəzən rayon təşkilatı "İlhamla irəli" şüarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı "İlhamla irəli" şüarı ilə təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Belə ki, YAP Siyəzən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Dağquşçu kəndində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb: "15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir".

Görüşdə həmçinin YAP Siyəzən rayon təşkilatı sədrinin müavini Mircəlal Kazımzadə çıxış edib. O, seçiciləri aprelin 11-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə, xalqın namizədinə səs verməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv